SOCAR Ukrayna prezidenti yanında Milli İnvestisiya Şurasına üzv olacaq


Ukrayna prezidenti yanında Milli İnvestisiya Şurasının sədri Boris Lojkin bir sıra məşhur xarici investorlara Şuraya üzv olmağı təklif edib.

Ukrayna mətbuatı xəbər verir ki, təklif həmçinin SOCAR rəhbərliyinə də ünvanlanıb.

“Biz bəzi potensial investorlarla bu məsələni müzakirə etmişik. Artıq Corc Soros, “Unilever” şirkətinin baş icraçı direktoru Pol Polman, o cümlədən SOCAR rəhbərliyi Şuraya üzv olmaq üçün ilkin razılığını verib”, – deyə B. Lojkin bildirib.

Onun sözlərinə görə, Şura Ukraynada biznes mühitinin inkişafına dəstək olacaq.

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

“Qara bazar”da da dollara limit qoydular

%d bloqqer bunu bəyənir: