Loading...
Loading...

SOCAR UEFA-nın hesabına 80 milyon avro köçürdü

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 illik müqaviləyə görə UEFA-nın hesabına 80 milyon avro vəsait köçürüb.

Virtualaz.org bildirir ki, bu barədə sportbusiness məlumat yaıb.

SOCAR Energy of Azerbaijan-ın reklam şitləri Avro-2016-nın Fransa stadionlarında keçirilən bütün oyunlarında nümayiş olunur. Bundan başqa, Azərbaycanın Dövlət Şirkəti SOCAR Player Barometer-in köməyi ilə çempionatın ən yaxşı oyunçularını müəyyənləşdirməkdə də iştirak edəcək.

“Bizim bu sponsorluğumuz dünya ictimaiyyətinin diqqətinin Azərbaycana cəlb olunmasına böyük kömək edəcək”, -deyə SOCAR prezidenti Rövnəq Abdullayev eurosport.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, UEFA Avro-2016-dan marketinqin köməyi ilə 450 milyon avrodan çox gəlir götürməyi planlaşdırır. Bu, Avro-2012-də əldə edilən gəlirdən (314 milyon) xeyli çoxdur.

Onu da qeyd edək ki, futbol üzrə Avropa çempionatı öz populyarlığına görə Dünya çempionatından və Olimpiya oyunlarından sonra 3-cü yeri tutur.

Yeri gəlmişkən, gözlənilir ki, iyulun 10-da keçiriləcək final görüşünü 300 milyondan çox tamaşaçı izləyəcək.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Xarici valyutaların bu günə olan rəsmi məzənnələri açıqlandı

Loading...
%d bloqqer bunu bəyənir: