Loading...
Loading...

SOCAR TURKEY ENERGY”NIN I VITSE-PREZIDENTI SAMIR KƏRIMOV SOCAR PREZIDENTININ MÜŞAVIRI TƏYIN OLUNUB

“SOCAR Turkey Energy” şirkətinin I vitse-prezidenti Samir Kərimov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin müşaviri vəzifəsinə təyin olunub.
Bu barədə “Report”a “SOCAR Turkey Energy”nin Kommunikasiya Departamentindən məlumat verilib.
Departamentdən bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq kapital bazarlarının yaratdığı imkanlardan istifadə etməklə, SOCAR qrupuna daxil olan qurumlar üçün əlavə dəyər yaradacaq layihələrin idarəetmə mexanizmlərinin formalaşdırılması zərurətini nəzərə alaraq SOCAR-ın beynəlxalq kapital bazarları ilə əlaqədar layihələrinin idarə edilməsi üzrə səlahiyyətlər şirkətin prezidentinin müşaviri Samir Kərimova həvalə edilib.

“SOCAR dünyanın neft-qaz bazarlarında cərəyan edən prosesləri yaxından izləməklə bu bazarda mövcud mövqeyini qorumaq və daha da yaxşılaşdırmaq istiqamətində zəruri addımlar atır. Bu məqsədlə Samir Kərimov SOCAR-ın təsisçiliyi ilə yaradılmış və yaxud SOCAR-ın nizamnamə kapitalında birbaşa və yaxud dolayı yolla paya sahib olan hər hansı bir qurumun kapital bazarları ilə bağlı strategiyalarını müəyyən etmək və onların həyata keçirilməsini təmin edəcək”, – “SOCAR Turkey Energy”dən bildirilib.

Ayrıca, beynəlxalq kapital bazarları ilə əlaqədar layihə qrupu SOCAR Qrupu ilə maraqlanan bütün investorlar və fondlar ilə görüşlər təşkil etmək, danışıqlar həyata keçirmək, bu qurumların investorlar tərəfindən lazımi şəkildə tanınması üçün müvafiq tədbirlər görməklə də məsul olacaq.

SOCAR-ın prezidenti tərəfindən verilmiş səlahiyyətlərə uyğun olaraq, SOCAR Qrupu adına beynəlxalq birjalarda səhm və digər qiymətli kağızların alqı-satqısı və s. formada mübadilə əməliyyatlarını həyata keçirmək, IPO və kapital bazarlarındakı digər fəaliyyətlərlə bağlı müvafiq ölkələrin tənzimləyici qurumları ilə münasibətləri və əlaqələri qurmaq və idarə etmək məsələləri də kapital bazarları üzrə layihə rəhbəri S.Kərimova həvalə olunacaq.
Qeyd edək ki, S.Kərimov 2010-cu ildən “SOCAR Turkey Energy”nin I vitse-prezidenti olub. Bundan əvvəl, ABŞ-da Hyuston mərkəzli “Universal-Pegasus Holding”də beynəlxalq biznesin inkişafı üzrə əlaqələndirici olaraq fəaliyyət göstərən S.Kərimov Şimali Amerika, Şimali Afrika, Orta Şərq, Orta Asiya və Hindistanda müxtəlif layihələrin icrası ilə məşğul olub.
Enerji sektorundakı kariyerasının təməlini ABŞ-dakı Hyuston Universitetinin nəzdində yer alan Qlobal Enerji İdarəçiliyi İnstitutunda alan S.Kərimov MBA dərəcəsini Luiziana ştatındakı MakNizi Universitetində biznes idarəçiliyi üzrə, ali təhsilini isə İstanbul Universitetinin biznes idarəçiliyi fakültəsində tamamlayıb.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

İlqar Məmmədov həbsdən azad edilmədi

Loading...
%d bloqqer bunu bəyənir: