Now Reading:
“SOCAR Trading”in rəhbəri: “Bu il neftin qiyməti 40 dollardan aşağı enməyəcək”
Full Article 40 second read

“SOCAR Trading”in rəhbəri: “Bu il neftin qiyməti 40 dollardan aşağı enməyəcək”

İranın qlobal neft bazarına qayıtması hələlik güc bölgüsünə ciddi təsir etməyib. “APA-Economics” xəbər verir ki, bu barədə “SOCAR Trading” şirkətinin rəhbəri Arzu Əzimov “Bloomberg” agentliyinə müsahibəsində deyib.


Onun sözlərinə görə, qonşu ölkənin bazara qayıdışından qorxanlar vəziyyəti şişirdir.
“Logistik çətinliklər səbəbilə İranın Avropa bazarında payı olduqca azdır. İran hələlik “SuMed” borusuna (Bu boru vasitəsilə Yaxın Şərqdəki şirkətlər Aralıq dənizinə iri həcmdə neft ixrac edə bilir) çıxışını bərpa edə bilmir”, – deyə o bildirib.
Neftin qiymətləri ilə bağlı proqnoz verən A. Əzimov deyib ki, cari ilin sonunadək “qara qızıl”ın 1 barrelinin qiymətinin 40 dollardan aşağı düşəcəyinə inanmır: “Çünki, qiymət bu həddə düşsə, ABŞ-da buruqlar bağlanacaq, beləliklə, təklif azalacaq”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: