Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SOCAR kimin qapısına qol vurub?

Hökumətin ac xalqa reklam təsəllisi

Uzun illərdi şikəst uğurlara sevinməyə məhkum edilmişik. 20 faiz torpaq işğal altındadır, 2.5 milyon insan kredit bataqlığına düşüb, xarici borcumuz sürətlə artır, heç bir sahədə uğur yoxdur, korrupsiya və monopoliya dövləti əsir götürüb və biz hansısa futbolçunun köynəyinə “Azərbaycan” sözünün yazılmasına görə, Avropa çempionatında SOCAR-ın reklamının getdiyi üçün sevinməliyik. Daha doğrusu hökumət bizi inandırmağa çalışır ki, ölkənin cəhənnəmə çevrilməsini dərd etməyin, əsas odur ki, Conun köynəyində adımız var, Fransa stadionunda reklamımız gedir və s.

Hansıki, bu qədər pullar ölkənin real inkişafına sərf edilsəydi, demokratik idarəçiliyə yönəlsəydi, Azərbaycanın bütün dünyada pulsuz reklamı gedərdi. Yəni, dünya Azərbaycanın turizm potensialından, təhsildəki uğurlarından, səhiyyə sistemindəki yeniliklərindən, dünyaya ixrac etdiyimiz məhsullardan danışardı.

Ölkənin köynəyini çirkaba batırdıqdan sonra, hansısa futbolçunun köynəyində “Azərbaycan” yazılsa nə dəyişəcək? Ölkənin adını “qeyri-azad ölkələr” sırasına yazdıqdan sonra, SOCAR-ın adı futbol meydançasında yazılsa nə dəyişəcək?

Azərbaycan nefti dükanda litrlə satmır ki, stadiona gələn, futbolu izələyən azarkeşlər də SOCAR seçimi etsin. Neftin satışı kontraktlar vasitəsilə həyata keçirilir və hara, nə qədər neft satılacağı da məlumdur. Yəni, “Dirol”un, “Coca-Cola”nın, “Coldate” və digrə məhsulların reklam edilməsi daha məntiqlidir və şirkətlər xərclədiyi pulları pulu qısa zamanda geri qaytarırlar.

Avropa çempionatının davam etdiyi müddətdə neftin qiyməti 5 dollar ucuzlaşıb. Demək istəyirik ki, 120 milyon manatı reklam şitinə yapışdırmağın heç bir önəmi yoxdur, neftin qiymətini də, satışını da müəyyənləşdirən amillər tamam başqadır.

Digər tərəfdən ARDNŞ bir tərəfdən müxtəlif layihələrə milyonlar xərcləyir, yarışlara sponsorluq edir, konqresmenlərə bahalı hədiyyələr paylayır, o biri tərəfdən dünya banklarından kredit alır. Yəni, bütün həmlələrdə nəf qudurub mayanı yeyir.

Bu gün sponsora ən çox ehtiyacı olan Azərbaycan xalqıdır, bu gün milyonlar həqiqi anti-böhran tədbirlərinə xərclənməlidir.

Amma YAP-çı deputat Aydın Mirzəzadə deyir ki, mən Almaniya-Fransa oyununda SOCAR-a rəğbət bəsləyirəm. Deyir ki, finalda da bizim milli brendimiz SOCAR qalib gələcək.

Yuxarıda da qeyd etdiyimiz kimi hökumət qısır təsəllilər ixrac edir. Futbolda irəli gedə bilmirik, futbol meydançasında adımızın yazılmasına heyran oluruq. Axı, SOCAR bu 120 milyon manatın qarşılığında nə qazanıb? Çempionatda qalib gələn komandalar hansısa mükafata layiq görüləcək, adları tarixə düşəcək və s. SOCAR-ın reklamı isə futbol bitən kimi bitəcək və heç kimi yaddaşında “reklam şitində filan şirkətin adı yazılmışdı” xatirəsini yaşatmayacaq.

SOCAR bu yarışmaya sponsorluq etməklə heç bir uğura imza atmadı. SOCAR sadəcə olaraq büdcənin qapısına top vurdu, 120 milyon manata “qırmızı kart” göstərdi. Yəni, “avtoqol”a imza atdı, özümüzü cəzalandırdı.

Lütfən, bu mənasızlıq bolluğunu uğur göstəricisi kimi təqdim etməkdən əl çəkin. Vətəndaş əyninə geyməyə köynək tapmır, bunlar kiminsə əynindəki köynəyə yazılmış sözlə təsəlli tapırlar. Ölkəyə qara boya çəkilibsə, yaşıl meydançadakı reklam uğur sayıla bilməz.
azadliq.info

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Xarici valyutaların bu günə olan rəsmi məzənnələri açıqlanıb

%d bloqqer bunu bəyənir: