Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SOCAR-ın vitse-prezidenti: “Günəşli” yatağında bərpa işlərinə başlanılıb

“Hazırda “Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyunun və özülün yanan yerlərinin bərpası işlərinə başlanılıb”.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib.
O bildirib ki, quyuda açıq fontanın söndürülməsi və digər təhlükəsizlik tədbirlərinə yerində rəhbərlik etmək üçün SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, Neftqazelmitədqiqatlayihə İnstitutunun direktoru Fəxrəddin İsmayılov axşam saat 22:00-da hadisə yerinə gəlib və səhərə qədər qəzanın aradan qaldırılması tədbirlərinə birbaşa rəhbərliyi həyata keçiriblər.
“Görülən tədbirlərin nəticəsində yangın söndürülüb. Yüksək peşəkarlıq göstərmiş FHN-in rəhbərliyi və şəxsi heyəti, XDG-nin rəhbərliyi və şəxsi heyəti, SOCAR Fontana qarşı Dağ-Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası, növbədə olan neftçilər hər cür tərifə layiqdirlər. Görülən operativ, təhlükəsizlik və təxliyyə planına uyğun tədbirlər nəticəsində xəsarət alan olmayıb”, – SOCAR-ın vitse-prezidenti əlavə edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ərəb turistlərin sayı 8 dəfə artıb – Nazir

%d bloqqer bunu bəyənir: