Now Reading:
SOCAR-dan oğurluq edən şəxslər saxlanıldı
Full Article 30 second read

SOCAR-dan oğurluq edən şəxslər saxlanıldı



Qaradağ rayonu ərazisində növbəti oğurluq faktı qeydə alınıb.

24saat.org  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ rayon 11-ci polis bölməsinin əməkdaşları iyulun 1-də və 15-də Səngəçal qəsəbəsi ərazisindən keçən “SOCAR” şirkətinə məxsus yeraltı qaz kəmərinin 1232 metrlik hissəsini kəsərək oğurlayan şəxsləri yaxalayıb.

 

Faktla bağlı Bakı şəhər sakinləri Siyavuş Əliyev, Vüsal Atakişiyev, Elçin Məmmədov və Hacıqabul rayon sakini Taleh Günəşov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: