Advertisements
24 saat

SOCAR Ceyhan limanından neft ixracını artırıb


Azərbaycan Dövlət Neft Şirkəti bu ilin avqust ayı ərzində Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 273 708 ton xam neft ixrac edib. Bu isə ötən ilin avqust ayından 46% çoxdur.

Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.

Ümümilikdə, yanvar-avqust ayları ərzində Ceyhan limanından 11 379 588 ton xam neft ixrac edilib. Bu isə ötən ilin müvafiq dövründən 1% çoxdur.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: