Loading...
Loading...
socar

SOCAR 10 aylıq hesabat açıqladı

Şirkət xaricə 18 mln. ton xam neft və neft məhsulları ixrac edib

24saat.org Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin oktyabr ayında 84 min 162 ton dizel yanacağı, 5 min 843 ton təyyarə yanacağı, 7 min 519 ton yüksək təzyiqli polietilen, 6 min 191 ton maye piroliz qətranı və 3 min 541 ton propilen ixrac edib. Ümumilikdə 2016-cı ilin yanvar-oktyabr ayları ərzində 593 min 159 ton dizel yanacağı, 171 min 191 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 68 min 622 ton yüksək təzyiqli polietilen, 9 min 326 ton mütləqləşdirilmiş izopropil spirti, 51 min 386 ton maye piroliz qətranı, 34 min 152 ton propilen və 15 min 166 ton butilen butadien fraksiyası xaricə çıxarılıb. 10 ayda 945 418 ton neft məhsulu ixrac edilib. 2016-cı ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 511,55 dollar, təyyarə yanacağınınkı – 472,80 dollar, dizel yanacağınınkı – 450,81 dollar, 1% kükürdlü mazutun qiyməti – 286,36 dollar, yüksək təzyiqli polietilen – 1185 dollar, butilen butadien fraksiyası – 528,93 dollar, maye piroliz qətranı – 511,55 dollar, propilenin qiyməti – 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 915 avro təşkil edib.

SOCAR 2016-cı ilin oktyabr ayında Novorossiysk limanından 80 min 192 ton, Supsa limanından 267 min 643 ton, Ceyhan limanından 1 milyon 669 min 743 ton xam neft ixrac edib. Ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 978 min 240 ton, Supsa limanından 2 milyon 121 min 271 ton, Ceyhan limanından 13 milyon 992 min 213 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft xaricə göndərilib. 10 ayda 17 milyon 106 min 670 ton xam neft ixrac edilib. Beləliklə, barəsində söhbət gedən müddətdə 18 mln. ton xam neft və neft məhsulları başqa ölkələrə göndərilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Şirkət oktyabr ayında dünya bazarında xam neftin qiymətlərini də təqdim edib. Oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 49,67 dollara, Urals nefti 48,74 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 51,35 dollara satılıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakı Neft Emalı Zavodunda tikinti işləri mart ayında başlayacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: