Loading...
Loading...

Smartfonların “qızıl” dövrü sona çatdı

Smartfon bazarının artım tempinin 2016-cı ildə 1,6% təşkil edəcəyi gözlənilir ki, bu da indiyədək müşahidə olunan ən aşağı göstəricidir.

Report xəbər verir ki, bu barədə məlumat ABŞ-ın texnologiya şirkətləri və bazarlarını araşdırma şirkəti “İDC” tərəfindən verilib. “İDC”-ə görə 2015-ci ildə smartfon bazarında artım 10,6% təşkil edib. Hesabatda bildirilir ki, inkişaf etmiş ölkələrdə smartfonlara tələb 2016-cı ildə 0,2% azaldığı ehtimal edildiyi halda, inkişaf etməkdə olan ölkələrdə tələb 5,4% artım göstərəcək. Şirkətin analitikləri bildirir ki, istehlakçılar artıq “köhnə” telefonlarını “yeni”ləri ilə əvəz etməyə cəhd göstərmirlər, onlar əllərində olan modellərlə kifayətlənirlər.

Tələbin azalması “Apple” kimi nəhəng şirkəti yeni proqramlar irəli sürməyə vadar edib. Belə ki “Apple”, istehlakçıları bir dəfədə böyük həcmdə ödəmə etməkdən azad etmək üçün aylıq sabit 32 ABŞ dolları ödəməklə hər il IPhone modelini dəyişmək imkanı yaradıb.

“IDC”-nin hesabatına əsasən smartfon platformalarının bazar payında önəmli dəyişiklik gözlənilmir. “Android” platformasının bazar payı bir qədər artaraq 85,3%-ə, “İOS” isə azalaraq 13,9%-ə çatacaq. “Windows Phone” platformasının isə bazar payı 75,2% azalaraq 0,5%-ə enəcək.

“IDC” expertləri virtual reallıq texnologiyaları olan “Samsung Gear VR” və Google Daydream” sayəsində ekranı 5,5 düymdən yuxarı olan smartfonlara (Phablet) tələbin artacağını proqnozlaşdırıb. Şirkət, 2020-ci ilə qədər phabletlərin bazar payının 25%-dən 33%-ə yüksələcəyini ehtimal edib.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Alma sirkəsinin istifadə qaydaları

Loading...
%d bloqqer bunu bəyənir: