Loading...
Loading...

Sızanaqlı insanlar daha çox yaşayırlar

İngiltərəli dermatoloqların yeni araşdırmalarına görə qüsursuz dəriyə sahib olmaq heçdə hələ sevincli olmağın lazım olduğu demək deyil.

Akne (dərinin iltihab xəstəliyi) gənc insanları narahat edir. Lakin onun perspektivləri optimistikdir. Nə qədər təəccüblü səslənsə də dəri səpməsi yetkən yaşda uzunömürlüyü və cəlbedici xarici görünüşü təmin edən faktordur. Belə qənaətə ingiltərəli alimlər öz müşahidələri nəticəsində gəliblər.

“Technote.az”ın “Nat-geo.ru”a istinadən verdiyi xəbərə əsasən bu qənaətə gəlmək üçün onlar 1205 əkiz qadından götürülmüş dəri nümunələrini incələyiblər. Həmin qadınlardan bir çoxu aknedən əziyyət çəkir. Məlum olub ki, həmin qadınlardan bir çoxunun telomerləri (xromosomun uc sahələri) uzundur. Yaş artdıqca telomerlər qısalırlar. Onlar nə qədər möhkəm olsalar qocalıq əlamətləri bir o qədər ləng ortaya çıxar. Maraqlısı budur ki, sızanaqlı insanalarda p53 geni daha az nəzərə çarpır. Həmin gen isə hüceyrələrin ölümünü təmin edən apoptoz proqramını işə salır.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sürücülər bu xəbəri mütləq izləsin – Belə avtomobilləri idarə etməyin (VİDEO)

%d bloqqer bunu bəyənir: