Now Reading:
Siyavuş Novruzov Rusiyadan orden aldı
Full Article 30 second read

Siyavuş Novruzov Rusiyadan orden aldı



Azərbaycan Milli Məclisinin komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Rusiya Federasiyasının “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olunub.

YAP-dan Trend-ə verilən məlumata görə, Bakıda keçirilən təltifetmə mərasimində Rusiya Federasiyasının Silahlı Qüvvələri Veteranları Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, ordu generalı Viktor Yermakov, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin üzvləri, Əfqanıstan və Qarabağ veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: