Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Siyavuş Novruzov: “Azərbaycanda ictimai sabitlik və təhlükəsizlik ən yüksək səviyyədə qorunur”

Türkiyənin Atatürk hava limanında baş verən və onlarla insanın ölümü ilə nəticələnən terror aktı Azərbaycanda da böyük narahatlıq və təəssüf hissi ilə qarşılanıb. Maraqlıdır, Türkiyədəki son terror aktından sonra Azərbaycanda da təhlükəsizliklə bağlı tədbirləri gücləndirməyə ehtiyac varmı?

Bununla bağlı 24saat.org-a açıqlama verən millət vəkili Siyavuş Novruzov Azərbaycanda təhlükəsizliyin hər zaman yüksək səviyyədə qorunduğuna diqqət çəkdi:

“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ictimai sabitliyin, təhlükəsizliyin qorunması istiqamətində daim lazımi addımlar atılır və bu gün də atılmaqda davam edir. Azərbaycanda ictimai sabitlik və təhlükəsizlik ən yüksək səviyyədə qorunur. Bu, hər bir dövlətin inkişafı baxımından olduqca mühüm şərtdir. Bir ölkədə ictimai sabitlik yoxdursa, təhlükəsizlik lazımınca qorunmursa, orada davamlı inkişafa nail olmaq çətindir.

Onu da qeyd edək ki, Azərbaycan vaxtiylə erməni terrorundan yetərincə əziyyət çəkib. Azərbaycanda ermənilər tərəfindən 60-dan çox terror aktı həyata keçirilib. Bütün bunlar Azərbaycanı öz ayıq-sayıqlığını artırmağa, anti-terror tədbirlərini gücləndirməyə vadar edib. Odur ki, bu gün ölkəmizdə təhlükəsizliklə bağlı heç bir problem yoxdur və güc orqanları işinin öhdəsindən layiqincə gəlir. İctimai sabitlik və təhlükəsizliyin qorunması Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir”.

 

Seymur Əliyev

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azad Rəhimovla oğlunun “dibçək biznesi”: nazirin villalarını bəzəyəcək güllər

%d bloqqer bunu bəyənir: