Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Siyasi məhbus müddətsiz aclıq aksiyasına başlayıb

Mövsüm Səmədov Konstitusiyaya dəyişikliklərə bu şəkildə etiraz edir

Həbsdə olan siyasi məhbus Mövsüm Səmədov sentyabrın 26-da keçirilməsi planlaşdırılan Konstitusiyaya dəyişikliklər aktına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb.

Bu haqda onun vəkili Yalçın İmanov məlumat verib. Vəkil avqustun 30-da Səmədovun saxlandığı Qobustan həbsxanasında onunla görüşüb.

Vəkil deyir ki, Mövsüm Səmədov avqustun 29-dan aclıq aksiyasına başlayıb və aksiyanın tələbləri ilə bağlı həbsxana rəhbərliyini yazılı şəkildə məlumatlandırıb.

Səmədov bildirib ki, referendum aktında Konstitusiyaya kifayət qədər mürtəce dəyişiklilkər nəzərdə tutulur və həmin dəyişikliklərin qəbulu ölkədə monarxiya üsulunun rəsmiləşdirilməsi anlamına gəlir.

M.Səmədov bildirib ki, ayrı bir etiraz imkanları olmadığından yalnız aclıq aksiyası formasında dəyişikliklərə etiraz edir. “Bu ölkədə baş verənlərə görə hər birimiz məsuliyyətliyik. Həm Allah, həm də tarix qarşısında. Bu gün referenduma etiraz etməyə görə tutulmasaq, sabah bizi başqa ittihamlarla tutacaqlar”- deyə Səmədov bildirib.

Vəkil deyir ki, M.Səmədov hakimiyyətin onsuz da referendumu keçirəcəyini deyir. “Əsas odur ki, cəmiyyət siyasi hadisələrə münasibətdə süst olmasın. Referenduma etirazsızlıq məni çox narahat edir. Referendumun sakit keçməsi, etirazsız qarşılanması Azərbaycan xalqının axırıncı qürurunu əlindən almaqdır. Hər bir azərbaycanlını qanunun verdiyi imkanlar çərçivəsində bu dəyişikliklərə etiraza çağırıram. Biz ədalətli dövlət istəyirik, bu gün Azərbaycan xalqının milli vəhdətə ehtiyacı var. Xalqıma üzümü tutub deyirəm: Eyni həyatdan yorulmamısız? Gəlin, birlikdə yaşayaq. Zalımın zülmündə ilk növbədə məzlum günahkardır”- deyə siyasi məhbus bildirib.

O, aksiyasında həmçinin Tale Bağırzadə və Nardaran hadisələrinə görə tutulan şəxslərə verilmiş işgəncələrə, qanunsuzluğa və haqsızlığa etiraz etdiyini də deyib.

Vəkil deyir ki, Mövsüm Səmədovda ümumi halsızlıq yaranıb. Ancaq Səmədov deyib ki, həbs ediləndən bu yana mütəmadi oruc tutduğundan aclıq aksiyası onu o qədər də narahat etmir.

Səmədov müəssisə rəhbərliyinə aksiyanın qeydiyyata alınması və aksiyaya həkim nəzarəti olunması ilə bağlı müraciət etsə də, hələlik onun səhhətinə həkim nəzarəti yoxdur.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

REAl-çı gənclərin şikayəti təmin edilmədi

%d bloqqer bunu bəyənir: