Loading...
Loading...

“Şıxov”da faciə: Qarğıdalı satan gənc özünü qurban verdi

Bakıda “Şıxov” çimərliyində bədbəxt hadisə baş verib.

24saat.com AzNews.az-a istinadən xəbər verir ki, çimərlikdə 2 nəfər batıb.

Hadisə şahidlərinin sözlərinə görə, ilk öncə 2 oğlan batmaq təhlükəsi ilə üzləşib. Çimərlikdə kiçik ticarətlə məşğul olan – qarğıdalı satan Zamin adlı 20 yaşlı gənc onları xilas etmək üçün dənizə girib. Həmin şəxs oğlanlardan birinin həyatını qurtara bilib. Lakin batmaq təhlükəsi yaşayan ikinci şəxsin həyatını qurtarmaq üçün cəhdi uğursuz olub, bədbəxt hadisə baş verib.

Belə ki, Qobustan sakini olan həmin şəxsin özü də suda boğulub.

Onun meyiti sudan çıxarılsa da, digər şəxsin meyti tapılmayıb.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım və xilasedicilər çağırılsa da, onlar hələ də sözügedən əraziyə gəlməyiblər.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Bakıda “qara bazar”dan 300 min manatdan çox valyuta götürüldü

Loading...
%d bloqqer bunu bəyənir: