Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şirvandakı yanğın yerinə helikopter cəlb edildi

“Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın davam edir. Hətta bu dəqiqələrdə yanğını söndürmək üçün nazirliyin helikopteri də hadisə yerindədir”.

 

Bu haqda  Şirvan şəhər icra hakimiyyəti başçısının köməkçisi Vasif Əliyev məlumat verib.

 

O qeyd edib ki, şiddətli yanğın davam edir: “Yanğının şiddətindən içəriyə daxil olmaq mümkün deyil. Xəstəxanadan bizə verilən məlumata görə, ora yerləşdirilənlərdən ölən yoxdur. Amma içəridə qalanların olması istisna edilmir”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

FHN rəhbərliyi partlayış YERİNDƏ

%d bloqqer bunu bəyənir: