Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şirvandakı hərbi zavodda partlayış: ölən və yaralananlar var

Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub.

 

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.

Hadisə yerinə əlavə olaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) artıq göndərilib və 3 həkim briqadası da göndərilməkdədir. Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.

Sosila şəbəkələrdə isə rayon sakinləri 1 nəfərin öldüyünü, ondan çox yaralının olduğunu yazıblar.

 

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən dəhşətli partlayış nəticəsində yaralananlar xəstəxanalara daşınır.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var. Hələlik yaralıların sayı dəqiqləşdirilməyib.

Bölgə müxbirimizin bildirdiyinə görə isə hadisə baş verən əraziyə yaxın evlərdə yaşayanlar təxliyə olunurlar.

 

 

Bu dəqiqələrdə musavat.com-a daxil olan məlumata görə, Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.

Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda dəhşətli partlayış olub.

Deyilənə görə, bu zavodda silah-sursat istehsal olunur.

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Silah zavodundakı partlayışda yaralananlardan sayı 11-ə çatdı

%d bloqqer bunu bəyənir: