Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şirvandakı hərbi zavod terror aktı nəticəsində partladıla bilərmi?

Müzəffər Baxışov: “Bu versiya istintaq orqanları tərəfindən diqqətdə saxlanılmalıdır”

Məlum olduğu kimi, dünən Şirvandakı hərbi zavodda baş verən partlayış nəticəsində iki nəfər dünyasını dəyişib, ondan çox şəxs yaralanıb. Hələlik partlayışın konkret nədən baş verdiyi dəqiq bəlli olmasa da, partlayışla bağlı yaradılan komissiyanın yaxın günlərdə bu məsələyə aydınlıq gətirəcəyi ehtimal edilir.

Maraqlıdır, hərbi zavoddakı partlayış terror aktı nəticəsində meydana gələ bilərmi?

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov bu ehtimalın da digər ehtimallar kimi  araşdırılması gərəkdiyini vurğuladı:

“Terror aktları dünyanın bir çox ölkələrində baş verir. Amma Azərbaycanda hələ bu cür hadisələrin işartıları görünmür. Dünyada baş verən hadisələrlə bağlı hər şey gözləmək olar və düşünürəm ki, hüquq-mühafizə orqanları hadisəni araşdıran zaman versiyalardan biri də kənar müdaxilə ehtimalı olmalıdır. Hələlik bunun işartılarını görmürəm. Ancaq bütün hallarda bu, düşündürücü məsələdir. Dünya elə bir inkişaf mərhələsinə çatıb ki, bu cür olaylar kiminsə kimdənsə xoşu gəlmədiyi təqdirdə belə törədilə bilir. Bütövlükdə isə bu olay həm mərmilərin özlərində gedən müəyyən eraksiyalar, həm istilik, həm kənar müdaxilə, həm də digər amillər səbəbi ilə baş verə bilər. Bu məsələ hərtərəfli araşdırlandan sonra konkret fikir bildirmək olar.

Azərbaycanda güclü mütəxəssislər olmadığı üçün bu cür hadisələrin bəzən dəqiq səbəbləri müəyyən edilmir. Obyektiv nəticəyə qədər araşdırmalar aparılmır. Bəzən buna siyasi sifarişlər imkan vermir. Bu, Azərbaycanın ən ciddi problemidir. Ümid etmək istərdik ki, bu məsələdə belə olmayacaq və işin obyektiv araşdırılması təmin ediləcək”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Nazir cəbhəboyu zonadakı tank hərbi hissəsində

%d bloqqer bunu bəyənir: