Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şirvanda yanacaqdoldurma məntəqəsinə maskalı basqın

Şirvan şəhərində maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib.

Şirvan Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 1 May küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxs, orada operator işləyən Elvin Əhmədovu döyərək kassadakı 500 manatı götürüb, hadisə yerini tərk edib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Mahir İmanov tutulub. Araşdırma zamanı onun daha bir neçə cinayəti orta çıxıb. Faktla bağlı araşdırma aparılır.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Xırdalanda 92 yaşlı qadın intihar edib

%d bloqqer bunu bəyənir: