Loading...
Loading...

Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın olub

Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın olub, məntəqənin operatoruna xəsarət yetirilib.

İki naməlum şəxs mayın 4-dən 5-nə keçən gecə Hacıqabul-Bəhrəmtəpə magistralının üstündə, Şirvan şəhəri ərazisində yerləşən “Nur” yanacaqdoldurma Məntəqəsinə basqın edərək, məntəqənin əməkdaşı, Sabirabad rayonu Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Elvin Əzim oğluna ağır bədən xəsarətləri yetirib. Basqınçılar kassadan 453 manat götürərək qaçıblar. E.Əhmədov burun sümüyünün sınığı və digər xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib, ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Polis hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirir. Faktla bağlı araşdırma aparılır. (APA)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ermənilərlə azərbaycanlıların əlbəyaxa davası – VİDEO

%d bloqqer bunu bəyənir: