Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
5-1

Şirvanda “Lotu Bəxtiyar”ın qohumu saxlanıldı

Şirvanda kriminal avtoritetin üzərindən narkotik vasitə olan heroin götürülüb.

24saat.org xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Dövlət Yol Polisinin İdarəsinin (DYP) əməkdaşları Bakı şəhər sakini, S.Rəhimov küçəsi 14 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Mikayılov Vahid Qəzənfər oğlunun idarə etdiyi “Kia Serato” markalı, 90 UN 616 dövlət nömrə nişanlı avtomobili Şirvanda saxlayıblar.

Polis Şöbəsinə dəvət olunan sürücünün üzərinə baxış keçirilərkən ondan 33,778 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Əvvəllər dəfələrlə məhkum olunan, kriminal aləmdə “Sonanın nəvəsi” kimi tanınan V.Mikayılov ümumilikdə 20 il cəzaçəkmə müəssisələrində cəza çəkib. O, məşhur avtoritet “Lotu Bəxtiyar”ın bibisi oğludur.

Faktla bağlı araşdırma aparılır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Siqareti olmadığı üçün döyüb, 40 manatını aldılar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: