Now Reading:
Şirvanda kriminal avtoritet saxlanıldı – “Sonanın nəvəsi” ləqəbli
Full Article 40 second read

Şirvanda kriminal avtoritet saxlanıldı – “Sonanın nəvəsi” ləqəbli



Şirvanda kriminal avtoritetin üzərindən narkotik vasitə olan heroin götürülüb.

24saat.org  APA-ya istinadən xəbər verir ki, Şirvan Dövlət Yol Polisinin İdarəsinin (DYP) əməkdaşları Bakı şəhər sakini, S.Rəhimov küçəsi 14 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Mikayılov Vahid Qəzənfər oğlu idarə etdiyi “Kia Serato” markalı, 90 UN 616 dövlət nömrə nişanlı avtomobili Şirvanda saxlayıblar. Polis Şöbəsinə dəvət olunan sürücünün üzərinə baxış keçirilərkən ondan 33,778 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Əvvəllər dəfələrlə məhkum olunan, kriminal aləmdə “Sonanın nəvəsi” kimi tanınan V. Mikayılov ümumilikdə 20 il cəzaçəkmə müəssisələrində cəza çəkib. O, məşhur avtoritet “Lotu Bəxtiyarın” bibisi oğludur.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: