Şirvan sakinini döyərək maşınını əlindən alan şəxs saxlanıldı


Avqustun 3-də Bakı şəhərindəki avtovağzalın yaxınlığında naməlum şəxs Şirvan şəhər sakini İlqar Xankişiyevin idarə etdiyi “Lada Priora “ markalı avtomobilə sərnişin qismində oturaraq Salyan rayonuna gedəcəyini bildirib.

24saat.org-un Şirvan bürosundan əldə etdiyi məlumata görə, həmin sərnişin Salyan rayonunun Qarabağlı kəndinin ərazisindən keçərkən maşını saxladaraq sürücünü döyüb, avtomobili onun əlindən alaraq qaçıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılmış maşın təqib olnaraq Şirvan şəhəri yaxınlığında saxlanılıb və hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Rafayel Abbasov tutulub.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Çimərlikdə batan bacıların ikincisinin də meyiti tapıldı

%d bloqqer bunu bəyənir: