24 saat

Şirvan şəhər morquna iki meyit gətirildi


Şirvandakı “Araz” zavodunun saxlanc anbarında baş verən partlayşda həlak olduğu deyilən iki nəfərin yanmış meyiti Şirvan şəhər morquna gətirilib. 

Bu barədə Musavat.com-a hazırda Şirvan şəhərində olan əməkdaşımız Elşən Məmmədəliyev xəbər verib.
Onun sözlərinə görə, morqa meyiti gətirilən şəxslərin kimliyi barədə jurnalistlərə açıqlama verilməsə də ehtimal olunur ki, bunlar partlayış zamanı itkin düşdüyü bildirilən şəxslər ola bilər. Onlardan biri qadın, digəri kişidir. İtkin düşən qadının adı Nuriyeva İlahə Əsgər qızıdır, kişi isə zavodda 3 aydır sürücü işləyən Ağamir Allahyar oğlu Məmmədovdur. A.Məmmədovun 58 yaşı var.
A.Məmmədovun oğlu İlkin əməkdaşımıza bildirib ki, partlayan mərmilərdən biri onun atasının idarə etdiyi maşının damıına düşüb və damı əyib, ön şüşəni sındırıb. Ancaq maşında qan ləkələri olmadığından İlkin atasının sağ olduğuna ümid edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: