Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
yadplanetli

Sirlər aşkara çıxır – Çin rəsmiləri yadplanetlilərin varlığını təsdiqlədi

Bu günə qədər bəzi dövlət qurumlarının, ordu mənsublarının və keçmiş astronomların yadplanetlilərin mövcudluğunu sübut edən faktlar təqdim etdiyini görmüşdük

Ölkə.az xəbər verir ki, bu yaxınlarda Çin dövləti bu məsələdə son nöqtəni qoyub və yadplanetlilərin mövcudluğunu sübut edən rəsmi açıqlama verib.

Bu günə qədər isə Kanadanın müdafiə nazirinin istefada olan zabiti Pol Hellyer bildirmişdi ki, ABŞ və Kanada dövlətləri bu barədə çoxdan məlumatlıdırlar və 4 fərqli yadplanetli sivilizasiya min illərdir Yerə qonaq gəlir.

Bundan başqa CİA, FBİ, Amerika hərbi donanması, NASA, ordu mənsubları, 51-ci bölgənin əməkdaşları, Braziliya, Rusiya kimi dövlətlər də qismən də olsa yadplanetlilərin mövcudluğunu sübut etmişdi.

Bu yaxınlarda isə xeyir məqsədi güdməyən “Citizen Hearing” toplantısında bu məsələyə bir də toxunulub.

Çin dövlətinin UFO Federasiyasının sədri və hörmətli tədqiqatçı sayılan Şi-Li San yadplanetlilərin mövcudluğu xəbərini təsdiqləyib. Onun sözlərinə görə, Yerdən kənarda yaşayan sivilizasiyaların nümayəndələri uzun illərdir ki, planetimizi ziyarət edir.

San Yer kürəsinin 10 min illərdir ki, digər sivilizasiyalar tərəfindən ziyarət edildiyini, Çin mədəniyyətinin formalaşmasında yadplanetlilərin iştirak etdiyini qeyd edib. Eyni zamanda bəşəriyyətin inkişaf prosesində yad sivilizasiyaların rolunun olduğunu bildirib.

Alimin fikrinə görə, Çin mədəniyyətində min illərdir bir çox sənət əsəri və xalq hekayələri, əfsanələrdə rast gəlinən əjdaha dəqiq olaraq yadplanetlilərə işarədir.

Çin mədəniyyətində insanlar özlərinin əjdaha soyundan gəldiyinə inanır. Eyni zamanda mədəni irsdə əjdahaların da kosmosun boşluğundan uçub gəldiyi qeyd edilir. Yəni, çinlilər əjdahaların övladları və eyni zamanda dünyaya gəlmə qonaqlar sayılır.

Tədqiqatçı çıxışında bildirib: “On illərdir aparılan işlər UFO üzərində çalışan bütün alimləri və məni dünyadan kənar sivilizasiyaların olduğu fikrinə inandırdı. Qısacası, biz UFO-ların, yadplanetlilərin, Yerdən kənar sivilizasiyaların varlığına inanırıq”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Ərdoğan: “Mən çobanam”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: