Şir uşaqların gözü önündə təlimçini parçaladı – VİDEO


Misirdə şir tamaşa zamanı təlimçiyə hücum edib.

Oxu.az-ın məlumatına görə, bu barədə The Daily Mail nəşri yazır.

Sirkin 35 yaşlı əməkdaşı İslam Şahin eyni vaxtda üç heyvana nəzarət edərkən yırtıcılardan biri ona hücum çəkib. Təlimçinin həmkarları onu xilas etmək üçün heyvanları uzaqlaşdırıblar, lakin Şahin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd olunur ki, insident zamanı tamaşanı izləyənlər arasında uşaqlar da olub.

Sirk rəhbərliyi bildirib ki, təlimçiyə hücum edən şiri hazırda baytarlar müayinə edirlər.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

“Gooligan” virusu milyondan çox Android-li smartfonu yoluxdurub

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: