Loading...
Loading...
siqaret

Siqaretlər yenə bahalaşır

Dollar, elektrik enerjisi və qazın qiymətindəki artım ölkədə növbəti bahalaşma dalğasına səbəb ola bilər. Ekspertlər bu barədə həyəcan təbili çalmaqda davam edir. Onların proqnozlarına görə, növbəti ildən bütün məhsul və xidmət sahələrində bahalaşma gözlənilir.

Ekspertlər hesab edir ki, maliyyə böhranı nəticəsində manatın getdikcə ucuzlaşması bahalaşmanı şərtləndirən əsas amillərdən biri idisə Tarif Şurasının elektrik enerjisi və mavi yanacağın qiyməti ilə bağlı qərarı bahalaşma üçün əlavə stimuldur.
Lakin deyəsən, bahalaşma üçün növbəti ili gözləmək lazım gəlməyəcək. Artıq bəzi məhsulların, xüsusilə tütün məmulatlarının qiymətində artım olacağı barədə məlumatlar yayılıb. 24saat.org-a daxil olan məlumatlara görə, ticarətçilər bir neçə gündür ki, ehtiyat siqaret yığmaqla məşğuldur. Məlumatda bildirilir ki, topdansatış məntəqələrində onlara siqaretin bahalaşa biləcəyi deyilib.
Məlumat üçün deyək ki, maliyyə böhranının başlması ilə Azərbaycanda siqaretlərin qiyməti iki dəfə bahalaşıb. Baxmayaraq ki, Azərbaycanda istehlakçılara əsasən yerli tütün məmulatları təklif edilir. Xaricdən satış üçün siqaret gətirilməsi mümkün deyil. Səbəb isə siqaret bazarının monopoliyada olması ilə bağlıdır.

Azərbaycanın siqaret bazarında əsas söz sahibi isə “Europian Tobacco” şirkətidir. Bu şirkətin rəhbəri deputat Rüfət Quliyevdir. Bəlkə də Rüfət Quliyevin qaz və elektrik enerjisinin bahalaşmasını inkişafa bağlaması bununla bağlıdır. Əlbəttə ki, bu bahalaşma deputatın siqaret biznesindən əldə etdiyi qazancı daha da artırmaq fürsəti verir, qiymətləri qaldırmaqla. Yeri gəlmişkən, Rüfət Quliyev bir müddət əvvəl bildirmişdi ki, siqaretlərin 70-75 faizinin dadı eynidir: “Burada fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır”.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Eldar Mahmudov Akif Çovdarovu azadlığa çıxarmağa hazırlaşır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: