Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
64973

Siqareti olmadığı üçün döyüb, 40 manatını aldılar

Səbail rayonunda quldurluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, rayonun Badamdar qəsəbəsi ərazisində iki nəfər naməlum şəxs 34 yaşlı Müşviq Ağayevə yaxınlaşaraq ondan siqaret istəyiblər.
Müşviq Ağayev siqaretinin olmadığını deyəndə həmin şəxslərdən biri onu döyməyə başlayıb və cibində olan 40 manatını götürərək ərazidən uzaqlaşıblar. Sınıq xəsarətləri alan Müşviq Ağayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə məlumat verilib.
Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Şirvanda kriminal avtoritet saxlanıldı – “Sonanın nəvəsi” ləqəbli

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: