Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Siqaret çəkənlərə meyvə-tərəvəz də ziyanmış

Siqaret çəkənlərin meyvə-tərəvəz yeməsi xeyr əvəzinə, zərər ola bilər.

Hollandiyada səhiyyə və ətraf mühitin mühafizəsi üzrə ixtisaslaşmış bir institutun açıqladığı hesabata görə, siqaret çəkən insanların gündə 600 qramdan çox meyvə qəbul etməsi bağırsaq xərçəngi xəstəliyinin artma təhlükəsini artırır.

24saat.org deyerler.org-a istinadən bildirir ki, araşdırma müəlliflərinin dediyinə görə, bu göstəricidən meyvə və tərəvəz yeməmək nəticəsi çıxarılmamalıdır. Əksinə, bu siqaret çəkən insanların siqareti buraxması üçün böyük bir siqnaldır. “Son 8 il ərzində Avropada 520 min insan məhz siqaret çəkməklə yanaşı meyvə və tərəvəz yediyinə görə bağırsaq xərçəngindən dünyasını dəyişib”.

Araşdırmaçılar qeyd ediblər ki, meyvə və tərəvəzdə olan vitaminlər başqa şeylə əvəz etmək qeyri-mümkündür. Ona görə də bu zərərli vərdişin aludəçiləri meyvə və tərəvəz yemək üçün təcili olaraq siqareti atmalıdırlar

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Yumurtanın insan orqanizminə faydaları

%d bloqqer bunu bəyənir: