Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Siqaret bu mövsümdə daha çox zərərlidir – SƏBƏB

Siqaret xüsusilə üst tənəffüs yolu infeksiyaları, qrip, tonsilit, orta qulaq iltihabı, üz iflici, bronxit, sətəlcəm, astma və ürək-damar xəstəliklərinin daha çox yayıldığı və ağırlaşdığı soyuq havalarda daha ciddi zərərlər verir.

Publika.az xəbər verir ki, bu sözləri türkiyəli mütəxəssis, professor Bəkir Sami Uyanıq söyləyib: ”Siqaret daha çox çəkiləndə tüstü daha dərinə çəkilir. Siqaret əsasən körpə və uşaqlara daha böyük zərər verir. Astma, bronxit, pnevmoniya, qulaq infeksiyaları, allergik xəstəliklər, inkişaf geriliyi, uşaqlıq xərçəngi xəstəliklərinin inkişaf riski artır. Siqaret istifadə edən və ya siqaret tüstüsünə məruz qalan qadınlar menstruasiya siklində pozğunluqlar, sonsuzluq, hamiləliyin pozulması, erkən doğum, erkən klimaks kimi problemlərlə qarşılaşırlar. Ağciyər və ürək- damar xəstəliklərində də siqaretin mənfi təsirləri danılmazdır.

Siqaret xüsusilə döş xərçəngi olmaqla, bütün xərçəng növlərinin inkişafına zəmin hazırlayır. Kişilərdə isə sperma sayını azaltdığı, hərəkət aktivliyi zəiflədiyi üçün sonsuzluğa səbəb olur. Bundan başqa, siqaret prostat, sidik kisəsinin xərçəngi xəstəliklərinə tutulma riskini artırır. Siqaretin insan sağlamlığına və həyatına verdiyi zərərləri açıq-aşkar ortadadır. Lakin çoxları siqaret və digər tütün məhsullarını tərgitə bilməyəcəyini düşünür. Əslində öz qətiyyəti və iradəsi sayəsində bu qorxunc düşməndən xilas olanların sayı az deyil. Bundan başqa, müxtəlif müalicə üsulları da siqareti tərgitməyə kömək edir.

Siqaret çəkirsinizsə, bu xəstəliklərə qapınız açıq deməkdir!

Siqaret tüstüsündəki qatran diş əti iltihabı, diş əti qanaması, diş çürümələri, pis ağız qoxusu başda olmaqla, dodaq, udlaq, qırtlaq toxumasına yapışaraq onlara zərər verir və xərçəng xəstəliyi yaradır.

Bronxlar və ağciyər funksiyalarını pozaraq, öskürək, bəlğəm tənəffüs çətinliyi, astma, sətəlcəm, vərəm, ağciyərlərin tıxanması, (KOAH) və ağciyər xərçənginə zəmin hazırlayır. Ağciyərdə xərçəng xəstəliyinin 95 faizi siqaretin təsirindən yaranır. Hətta siqaretdən az istifadə edənlərə də eyni təsiri göstərir.

Siqaret həzm sisteminə də çox zərər verir. Reflyu, xroniki qastrit, mədə və on iki barmaq bağırsağın xorasına səbəb olur. Yemək borusu, mədə və mədəaltı vəzi xərçəngin inkişaf riskini 10-30 faiz artırır.

Siqaret qadın və kişilərdə sidik-tənasül üzvlərinin funksiyalarına çox zərər verdiyi kimi, sidik kisəsinin xərçənginin yaranmasına da səbəb olur.

Siqaret çəkənlər damar sərtliyi, hipertoniya, ürək ritm pozulması, damar tıxanması halları ilə üzləşirlər. İnfarkt riski də siqaret çəkməyənlərlə müqayisədə 3 qat daha çoxdur.
Bundan başqa, mərkəzi sinir sisteminə zərərlər verdiyi üçün iflic və beyinə qan sızmasına yol açır.

Siqaretin tərkibindəki kimyəvi maddələr bədənin immun sistemini zəiflədərək virus və bakteriyaların infeksiyalara müqavimətini azaldırlar. Beləliklə, siqaret daha tez-tez və ağır infeksiyalara yol açdığı üçün müalicə müddəti çətin və uzun olur.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Hamiləlik və bronxial astma

%d bloqqer bunu bəyənir: