Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şimali Koreya mətbuatı – Dünyanın ən qapalı ölkəsinin KİV-ləri

Şimali Koreya dünyanın ən qapalı ölkəsi və senzuranın mövcud olduğu ölkə sayılır. Buna baxmayaraq, yerli Əmək Partiyasının həyatın bütün sferalarına nəzarət etdiyi Şimali Koreyada bir sıra KİV nümayəndələri fəaliyyət göstərir.

Modern.az saytı Şimali Koreyada mövcud olan mətbuat quruluşları barədə informasiyanı təqdim edir.

Ölkədəki bütün media ya dövlət orqanlarının, yaxud da Koreya Əmək Partiyasının nəzarəti altındadır.

Mərkəzi qəzetlər

“Nodon Sinmun” – Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin orqanı

“Minçju Çoson” – Şimali Koreya İnzibati Şurasının və Xalq Deputatları Məcliasinin orqanı

“Pxenyan Sinmun” – Pxenyan Şəhər Xalq Komitəsinin orqanı

“Nodonca Sinmun” – Koreya Mərkəzi Komitəsinin Birləşmiş Həmkarlar Birliyinin orqanı

“Nodon Çxonnen” – Koreya Kim İn Sen Gəncləri Şurasının orqanı

“Nonop Kılloçja” – Kənd Təsərrüfatı Zəhmətkeşləri Birliyinin orqanı

“Çoson İnminqun” – Koreya Xalq Silahlı Qüvvələrinin orqanı

Bundan başqa, Koreyada 12 regional qəzet var. Onlardan ən böyüyü “Pxenna İlbo” qəzeti sayılır.

Yeganə idman qəzeti “Çxeyuk Sinmun”, xarici dillə çap edilən qəzet isə “Pxenyan Tayms” adlanır.

Ölkədə Kommunist Partiyasının ayrı-ayrı orqanlarının 7 jurnalı, rus, ingilis və fransız dillərində 6 nəşri var.

Şimali Koreyada Əmək Partiyasının Koreya Mərkəzi Yayın Radiostansiyası və dövlətə məxsus “Koreya Səsi” radiostansiyası var.

Sosialist respublikasında yeganə informasiya agentliyi – Koreya Mərkəzi Teleqraf Agentliyi hesab olunur. 1946-cı il dekabrın 5-də paytaxt Pxenyanda yaradılan agentlik bütün yerli və xarici KİV üçün yeganə informasiya mənbəyi sayılır. Agentlik rəsmi məlumatları rus, ispan və ingilis dillərində də yayır.

Şimali Koreyada 3 televiziya fəaliyyət göstərir. Onların hamısı Mərkəzi Yayım Komitəsinin tabeçiliyindədir. Telekanallar arasında 1963-cü ildən yayımlanan Mərkəzi Televiziyanın adını çəkmək olar. O internetə çıxışı olan və peyk vasitəsilə yayımlanan yeganə Koreya telekanalıdır.

Bununla yanaşı, “Mansude” və “Rennamsan” telekanallarına da baxmaq mümkündür. Onlar əsasən təhsil və səhiyyə ilə bağlı xəbərlər verir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İsrailin müdafiə naziri Moşe Yaalon istefa verib

%d bloqqer bunu bəyənir: