Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şimali İrlandiya Ukraynanı xalsız qoydu

İyunun 16-da – futbol üzrə XV Avropa çempionatında “C” qrupunda yer alan Ukrayna və Şimali İrlandiya yığma komandaları qarşılaşıb. Lion şəhər stadionunda oynanılan görüşü çexiyalı baş hakim Pavel Kraloveç idarə edib.

Gərgin idman mübarizəsi və yağışlı hava şəraitində keçən görüşün ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Fasilədən sonra komandalar hesabı açmaq üçün səyləri daha da artırıblar. Şimali İrlandiya yığmasının futbolçularının hücumları matçın 49-cu dəqiqəsində bəhrəsini verib. Oliver Norvudun son cinahdan cərimə meydançasına ötürməsindən sonra Qaret Makauli başla zərbə ilə topu qapıdan keçirib – 1:0. Hesabı bərabərləşdirmək üçün irəli atılan ukraynalılar növbəti qolu öz qapılarında görüblər. Oyuna əlavə edilən vaxtın sonuncu – 6-cı dəqiqəsində Makgins hesab arasındakı fərqi artıraraq Şimali İrlandiyanın qələbəsini rəsmiləşdirib – 2:0.

Günün son matçında isə “C” qrupunun favoriti hesab edilən Almaniya komandası Polşa millisi ilə üz-üzə gələcək.

Azərtac

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Olimpiya “oyunlarının” dopinq qurbanı danışdı

%d bloqqer bunu bəyənir: