Now Reading:
Silah zavodundakı partlayışda yaralananlardan sayı 11-ə çatdı
Full Article 30 second read

Silah zavodundakı partlayışda yaralananlardan sayı 11-ə çatdı



Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda baş verən partlayışda xəsarət alan 9 nəfər xəstəxanaya müraciət edib. Bunu  Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov deyib.

 

O bildirb ki, müraciət edənlərdən 6 nəfəri hospitalizasiya olunub:

 

“Xəsarət alanlardan 3 nəfəri qadındır. Yaralıların vəziyyəti orta-ağırdır. 1 nəfər isə komadadır”.

 

Həkim deyib ki, ölənlərin olması istisna edilmir:

 

“Onlar  bizim xəstəxanaya gətirilməyib. Bizdə olan məlumata görə, partlayış səbəbindən içəriyə daxil olmaq mümkün deyil. Ona görə də xəsarət alanların artacağı istisna edilmir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: