Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Silah, narkotik, indi də gülənçi ittihamı – Müxalifətin “seçim azadlığı” genişlənir?

Gözəl Bayramlı: “Silah, narkotik kimi “milli” maddələrə “gülənçi” maddəsi də əlavə olunub”

“Ancaq heç bir halda cəbhəçilərdən “gülənçi” düzəldə bilməyəcəklər”

Məlum olduğu kimi, bir müddət bundan öncə ölkənin güc orqanları Gülənlə əlaqədar bəzi müxalif şəxslərin həbsini həyata keçirdi. Hansı ki, Gülən bəhanəsi ilə müxalifətçilərin həbsinin genişlənəcəyi iddiası da gündəmdədir ki, bu da müxalif siyasi düşərgədə ciddi narahatlıq doğurmaqdadır. Lakin bəzi siyasilər hesab edir ki, Gülənlə bağlı meydana çıxan yeni situasiyanın müxalifət üçün sərfəli məqamları da mövcuddur. Məsələn, onlar hesab edir ki, bu günə qədər saxlanılan müxalifətçilərə bəzən ya silah, ya da narkotik ittihamını üstünə götürüb həbsə getmək təklif olunurdu ki, Gülən məsələsi meydana çıxandan sonra müxalifətçilərin “seçim azadlığı” genişlənib. Maraqlıdır, məhz bu seçim azadlığına görə, müxallifət hakimiyyətə “minnətdar olmalıdır”?
Bununla bağlı 24saat.news-a açıqlama verən AXCP sədrinin müavini Gözəl Bayramlı “seçim azadlığı”nın genişləndiyini təsdiqləyib:
“Azərbaycan hakimiyyəti Türkiyədə baş verənlərdən istifadə edərək rəqiblərini sıradan çıxarmaq üçün ölkədə Gülən tərəfdarları axtarışına çıxıb. Əslində isə heç kəsə sirr deyil ki, Gülən şəbəkəsi Azərbaycan hakimiyyətinin yuxarı strukturlarında yerləşdirilib. AXCP üzvlərini Gülən tərəfdarı kimi həbs etməklə diqqəti bu şəbəkədən yayındırmaq istəyir, həm də buna rəqibi sıradan çıxarmaq fürsəti kimi baxırlar. Hakimiyyətin bu oyunu kifayət qədər ifşa olunub, Faiq Əmirlinin maşınının yük yerinə kitabların necə qoyulduğunu təsdiq edən şahidin video görüntüsü və digər ifşaedici materiallar geniş yayıldı. Məlum olur ki, əslində AXCP-yə qarşı bu hücumların arxasında Rusiya dayanır və son günlər Rusiyanın dövlət kanalında AXCP-yə qarşı planlı şəkildə verilişlərin getməsi buna sübutdur. Azərbaycanı Rusiyanın boyunduruğuna salmaq istəyənlər AXCP-ni bu yolda maneə görürlər və onu sıradan çıxarmaq üçün yalanlar uydurmaqda davam edirlər. Ancaq heç bir halda cəbhəçilərdən “gülənçi” düzəldə bilməyəcəklər. Rejimin və havadarlarının bu məkrli planı ifşa olunmaqda davam edəcək. Gülən məsələsi meydana çıxandan sonra müxalifətçilərə tətbiq olunan silah, narkotika kimi “milli” maddələrə “gülənçi” maddəsi də əlavə olunub, yəni “seçim azadlığı” daha da genişlənib”.

Seymur Əliyev

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

ABŞ-ın xarici siyasət jurnalı Ərdoğanı haqlı çıxarır

%d bloqqer bunu bəyənir: