Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şikayətçilər Baş Prokurorluq qarşısında aclıq aksiyası keçirir

Çərşənbə günü bir qrup sakin Baş Prokurorluq qarşısında toplanaraq şikayətləri həll olunmayana qədər qurum qarşısında aclıq aksiyası keçirəcəyini bəyan edib.

Müxtəlif şikayətləri olan 10-dan artıq adam oturaq aksiyaya başlayandan bir qədər sonra əraziyə polis qüvvələri cəlb olunub və sakinlərə prokurorluq əməkdaşları ilə görüşmək təklif edilib.

Lakin sakinlər “indiyə qədər görüşmüşük bir nəticə olmadı” deyərək təkliflə razılaşmaqdan imtina ediblər, hadisə yerində olan BBC Azərbaycanca müxbiri müşahidə edib.

Baş Prokurorluqdan şikayətlərlə bağlı açıqlama almaq hələ ki, mümkün olmayıb.

Şikayətçilər polis qarşısında

Əraziyə polis qüvvələri cəlb olunub və sakinlərə prokurorluq əməkdaşları ilə görüşmək təklif edilib…
Şikayətçilər polis qarşısında

lakin sakinlər “indiyə qədər görüşmüşük bir nəticə olmadı” deyir

“Gecə-gündüz qalacağam”

Şikayətçi Alya Təmrazova deyir ki, o iki dəfə “dövlət məmurları tərəfindən qanunsuz olaraq küçədən oğurlanaraq psixiatriya xəstəxanasına yerləşdirilib”. Qadının iddia etdiyinə görə, oğlu Səbail Rayon prokurorluğu “hesabına” onun mülkünə sahib çıxmaq istəyirmiş.

“Respublikanın baş prokuroru məni 5 dəfə, onun müavini 8 dəfə, Bakı şəhər prokuroru 83 dəfə qəbul edib, amma 6 il ərzində məni hələ də zərərçəkmiş kimi tanımayıblar.

Baş prokuror Zakir Qaralov Səbail rayon Prokurorunun korrupsiya, rüşvətxorluq və adam oğurluğu ilə törətdiyi cinayətləri ört-basdır edir”, deyə şikayətçi “bu günə qədər bir dəfə üzləşdirmə olmayıb, bəs bunlar nəyi araşdırırlar” deyə sual edir.

Xanım Təmrazova əlavə edir ki, problemi həll olunmayana qədər qurum qarşısında aclıq aksiyası keçirəcək və “gecə-gündüz orda qalacaq”.

“Aclıq elan edirəm”

Digər şikayətçi Təranə Xanəlizadə deyir ki, onun oğlu “sübut olmadığı halda” ölüm faktında ittiham olunur və hazırda 5 aydır ki, təcridxanada saxlanılır.

Baş Prokurorluq qarşısında aksiya keçirənlər

Xanımın dediyinə görə, istintaq oğlunun cinayətdə iştirakını kamera görüntüləri ilə sübut edib, lakin ekspertlərin verdiyi rəydə bu ittiham öz təsdiqini tapmayıb.

“Paltarların lifi yox, qan yox, bıçaq yox, kameradakı da oğlum deyil. İndi prokurorluğa mənfidir ki, [oğlumu tutmaqla] qanunsuz iş görüblər. Baş prokurorluqda fəhlədən nazirə qədər məni qəbul edib, amma nəticə yoxdur”, deyə ana oğlunun istintaq zamanı işgəncələrə məruz qalmasından danışır.

“Aclıq elan edirəm, mən. Öz uşağıma görə qalacam burda aylar, illərlə.”

“Saxta diaqnoz”

Şikayətçilər arasında olan digər qadın, Sevda Süleymanova, həyat yoldaşının keçmiş Milli Təhlükəzilik Nazirliyinin əməkdaşı tərəfindən şərlənərək həbsə atılmasından gileylənir.

Onun dediyinə görə, həyat yoldaşı uzun illər tikinti sahəsində çalışıb və sonuncu şirkətdə işləməsi üçün 6 milyon 600 manat vəsait yatırıb, ancaq özünün dediyinə görə bu şərtlə ki, tikinti bitəndən sonra onun pulu satışdan əldə olunan gəlirlə qaytarılacaq.

2012-ci ilin fevralında işdən çıxandan sonra pulunu geri istəyib və həmin ilin noyabrında o pullarının geri qaytarılması üçün görüşə dəvət olunub.

“Yoldaşıma ofisdə məcbur ediblər ki, ərizə yazsın guya ki, şirkətdə nə çatışmamazlıqlar var guya mən etmişəm, qanunsuz evlər satmışam və onu qorxudub ərizəyə imza atdırıblar”, deyə Süleymanova hazırda həyat yoldaşına 9 il 6 ay həbs cəzası təyin olunduğunu deyir.

Digər şikayətçi Lətifə Zeynaladdinova deyir ki, onu da “saxta diaqnozla psixiatriya xəstəxanasına” yerləşdiriblər. Dediyinə görə, sağlam olması haqqında rəy çıxarılandan sonra o xəstəxananı tərk edərək evinə gəlib və məlum olub ki, birinci nigahdakı ögey oğlunun qayınatası qadının adına olan, Hökməlidə inşa etdiyi evi və ziynət əşyalarını satıb.

Qadının sözlərinə görə, o evinə girərək mənzilini tələb edəndə “polislər onu döyüb”, birinci nigahdan olan qohumları azyaşlı qızını “əsir saxlayır” və tələbini irəli sürüləcəyi halda qadını yenidən xəstəxanaya göndərməsi ilə bağlı hədələyiblər.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Azərbaycanda 24 yaşlı gənc xəstəxanada — Müəmmalı şəkildə öldü

%d bloqqer bunu bəyənir: