Şiə silahlı dəstələri uşağı İŞİD üzvü olmaqda günahlandırıb tankla əzdi – VİDEO

Şiə milis qüvvələri olan “Haşdi Şabi” bir uşağı İŞİD üzvü olmaqda günahlandıraraq öldürüb, sonra isə tankla əzib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Mosul yaxınlığında baş verib.
“Haşdi Şabi” üzvlərinin çəkdiyi videodan uşağa işgəncə verildiyi görünür. “Haşdi Şabi” milisləri tərəfindən İŞİD üzvü olduğu deyilən uşaq döyülür, güllələnərək öldürülür və tankın altına atılaraq əzilir.
Beynəlxalq Amnistiya Təşkilatı bir müddət əvvəl İraq ordusunun Mosulun cənubunda ələ keçirdiyi kəndlərdəki sakinlərə işgəncə verərək məhkəməsiz edam etdiyinə dair xəbərlərin dərhal araşdırılmasını tələb etmişdi. Təşkilat Mosul ətrafında bir neçə kəndi ziyarət edib. Onların məlumatına görə, oktyabr ayında ən azı 6 şəxs İŞİD ilə əlaqəsi olduğu şübhəsi ilə məhkəməsiz edam olunub.
Qeyd edək ki, Türkiyənin “Haşdi Şabi” silahlılarının Mosul əməliyyatında iştirakına qarşı çıxaraq qruplaşmanı tənqid edib.

 

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Nazir həbs olundu – 2 milyon dollar rüşvət

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: