Loading...
Loading...

Shimon Peres vəfat edib

İsrailin keçmiş prezidenti, Nobel mükafatı laureatı Shimon Peres sentyabrın 28-də vəfat edib. Həkimlər Peres-in beyin iflicindən əziyyət çəkdiyini deyirdilər.

Shimon Peres xalq arasında, həm də xaricdə böyük rəğbət qazanmışdı. İsrailin əsasını qoyanlardan idi. İsrail dövlətində demək olar ki, bütün vəzifələri daşımışdı, 70 illik siyasi karyerası vardı.

Shimon Peres İsrailin ən çətin anlarında fəaliyyət göstərmiş, 50-ci illərdə nüvə arsenalının yaradılmasında, 90-cı illərdə fələstinlilərlə sülh danışıqlarına başlanmasında mühüm rol oynamışdı. «Terror faydasızdır, heç nəyə yaramır, terror nə çörək, nə də nəfəs almağa hava verə bilər», «Sülhün alternativi yoxdur», – deyən Peres məhz bu danışıqlardakı roluna görə 1994-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdü.

Peres-in beynəlxalq aləmdə çəkisi böyük idi. 80 illik yubileyində ABŞ-ın keçmiş prezidenti Bill Clinton, Mikhail Gorbachev da iştirak etmişdi.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib

%d bloqqer bunu bəyənir: