Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ŞEYXÜLİSLAM Milli Şuranın mitinqinə qarşı

QMİ: Aksiyalara din xadimlərini cəlb etmək üçün çağırışlar dövlətçiliyə qarşı təxribatdır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bəyanatla çıxış edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

”Ölkəmizin həyatında mühüm hadisə – referendum öncəsi bəzi siyasi qüvvələrin Azərbaycan Respublikasının Konstitusiyasına, “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunlarına zidd olaraq ölkəmizdə sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə keçirdikləri aksiyalara din xadimlərini cəlb etmək üçün dini şüarlarla çağırışlar etməsini dövlətçiliyə qarşı təxribat kimi qiymətləndiririk. Konstitusion prinsiplərimizə zidd çağırışlarla bağlı tabeçiliyimizdə olan dini icmalar, din xadimlərimiz, yerlərdəki səlahiyyətli nümayəndələrimiz, qazılar, dindarların haqlı etirazlarını nəzərə alaraq bildiririk ki, dini mərkəz olaraq dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunmasını, siyasi müxalifət təmsilçilərinin dövlətçiliyə qarşı dini zəmində çağırışlar etməsini qanunazidd, cinayət əməli hesab edirik. “Dini etiqad azadlığı haqqında” qanunda təsbit olunub ki, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir. Bu müddəaya müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan din xadimləri və onu təmsil edən şəxslər heç bir siyasi partiyanın üzvü ola, heç bir siyasi quruma qoşula, onun fəaliyyətində iştirak edə bilməzlər. QMİ-ni təmsil edən din xadimləri və onların nümayəndələri yuxarıda göstərilən xarakterli siyasi tədbir və kütləvi aksiyalarda iştirak edərlərsə, bu, qanun pozuntusu sayılacaq və onların haqqında qanunvericiliklə, idarənin Nizamnaməsinə müvafiq şəkildə məsuliyyət tədbirləri görüləcək. Din xadimləri, dindarlar hüquqi, demokratik, dünyəvi dövlət olan Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan möhtərəm dövlət başçımızı dəstəkləyirlər. Din xadimləri və dindarlar vətəndaş olaraq öz səsvermə hüquqlarından istifadə edərək 26 sentyabr tarixində keçiriləcək referendumda fəal iştirak edəcəklər”.

Xatırladaq ki, 17 Sentyabr saat 15:00-da Bakının “Məhsul” stadionunda Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış növbəti mitinqi keçiriləcək.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Mən yalana artıq cavab verdim” – Prezidentdən Sarkisyana sərt cavab

%d bloqqer bunu bəyənir: