Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şeyxin qudası oğluna yüksək vəzifə verildi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, eks deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğluna vəzifə verilib.

Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Məlumatı saytımıza təsdiq edən Haci Qalib Salahzadə oğlunun xeyli vaxtır bu vəzifəyə təyin olunduğunu, İcra başçısı ilə yaxşı münasibətlərinin olduğunu bildirib.

“Bir çox saytlar yazır ki, guya mənim icra başçısı ilə münasibətlərim yaxşı deyil, bu yalandır. İstəsəniz bu dəqiqə zəng edib Adil Vəliyevlə danışa bilərəm. Həmişə də telefonumu götürür. Mən sözün düzünü danışanam. Bu danışığım hansısa satılmış, sifarişlə yazı yazanların xoşuna gəlmədiyi üçün, belə məlumatlar yazırlar. Adil müəllimlə yaxşı münasibətim var. Oğlumun da istedadı var, savadı var, icra başçısı onu şöbə müdiri təyin edib.

Qeyd edək ki, Əliabbas Salahzadənin 37 yaşı var. O, 21 yaşında Azərbaycanın ən gənc bələdiyyə (Bilgəh bələdiyyəsi) sədri olub.

Bizimyol.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Prezident nazirliyə 12 milyon manat pul ayırdı

%d bloqqer bunu bəyənir: