Now Reading:
Şeyx Ruhani və Xamaneyi ilə görüşəcək
Full Article 1 minutes read

Şeyx Ruhani və Xamaneyi ilə görüşəcək



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti dekabrın 2-də İran İslam Respublikasına səfər edəcək.

QMİ-dən verilən məlumata görə, nümayəndə heyətinə Ali Dini Şuranın üzvləri olan, Rusiya Federasiyasının Şimali Qafqaz subyektlərinin müftiləri, habelə Qafqaz Müsəlmanları İdarəsi Sədrinin 1-ci müavini, müfti Salman Musayev və digər əməkdaşlar daxildir.

Səfər zamanı Şeyxülislam və heyət üzvləri paytaxt Tehranda İran prezidenti Həsən Ruhani, Parlament sədri Əli Laricani, İslam İşləri və İrşad məsələləri üzrə nazir Əbuzər Torkeman ilə yüksək səviyyədə görüşlər keçirəcəklər. Nümayəndə heyəti eləcə də Məşhəd və Qum şəhərlərinə səfər edəcək və orada İranın yüksək rütbəli dövlət və din xadimləri ilə görüşəcək.

Nümayəndə heyətinin İranın Ali rəhbəri Ayətullah əl-Uzma Seyyid Əli Xameneyi ilə görüşü nəzərdə tutulub.

Səfər proqramının mühüm bəndlərindən biri dekabrın 1-də Bakıda keçirilən “Qafqazda Dini Tolerantlıq Ənənələri və Azərbaycanın Multikulturalizm Modeli” konfransının davamı olacaq. Konfransın İran hissəsi İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının dəstəyi ilə keçiriləcək.

Səfər proqramı çərçivəsində Qafqaz Xalqları Ali Dini Şura və Qafqaz Müsəlmanları İdarəsinin birgə nümayəndə heyəti Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahında da olacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: