Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Seyran Ohanyan: “Cəbhə xəttində istənilən hadisə baş verə bilər”

“Cəbhə xəttində vəziyyət gərgindir və istənilən vaxt istənilən hadisə baş verə bilər”. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında bildirib.

“Biz müvafiq analizlər aparırıq, qarşı tərəfin gücünə dair nəticələr çıxardılır. Onun mümkün hərəkətlərinin xarakteri və başqa məsələlər haqqında araşdırma aparılır “, – deyə Ohanyan bildirib.

Ohanyan əlavə edib ki, hazırda müvəqqəti atəşin dayandırılması müşahidə olunur.

O deyib ki, “Dağlıq Qarabağın tanınması haqqında” qanun layihəsinin müzakirəsinə dair heç bi şey eşitməyib. “Mən öz vətənimi həmişə tanıyıram”. Rusiyadan dövlətlərarası müqavilə üzrə hərbi texnikanın Ermənistana nə vaxt gələcəyi barədə suala Ohanyan “Hərbi-texniki əməkdaşlığın sürətlənməsi üzrə işlər aparılır” – deyə cavab verib.

Seyran Ohanyan - Ermənistanın müdafiə naziri

Bu gün müdafiə naziri Seyran Ohanyan ölkə parlamentinin deputatları ilə qapalı görüş keçirib. Görüşün əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaşanan son hadisələr olub.

Görüşdə parlamentin vitse-spikeri Eduard Şarmazanov, Ermənistanın Respublika partiyasının fraksiyasının rəhbəri Vaqram Baqdasaryan, millət vəkilləri Tevan Poqosyan, Xaçatur Kokobelyan, Vardan Yayvazyan, Edmond Marukyan və digər komitə rəhbərləri iştirak ediblər.

Aprelin əvvəlində cəbhə xəttində baş verən hadisələrdən sonra millət vəkilləri parlamentdə münaqişə zonasındakı vəziyyətin müzakirəsini tələb ediblər. Həmçinin onlar hərbi məsələləri müzakirə etmək üçün müdafiə naziri Seyran Ohanyanın parlamentə dəvət olunmasını istəyiblər.

Bir müddət əvvəl “Aykakan jamanak” qəzeti öz mənbələrinə istinadla məlumat vermişdi ki, Ermənistan parlamentinin deputatları Rusiyanın Gümrü şəhərindəki hərbi bazasında yoxlamalar keçirmək istəyir. Yoxlamaları parlamentin müdafiə, milli təhlükəsizlik və daxili işlər komitələrinin üzvləri keçirəcəklər. Məlumata görə, millət vəkilləri Rusiyanın Ermənistanla imzaladığı silah müqavilələrinə necə əməl etdiyini gözdən keçirəcəklər. Çünki onlar Rusiyanın müasir silahlarla bağlı müqavilələrə əməl etmədiyindən şübhələnirlər.

Cəbhə xəttində baş verən döyüşlər zamanı Ermənistan ordusunun məğlub olması ölkədə böyük etirazlara səbəb olub. Bütün təbəqələrdən olan insanlar məğlubiyyətə görə Ermənistan rəhbərliyini günahlandırdılar.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Rusiya istismar müddəti bitən hərbi texnikanı Ermənistana kredite verir

%d bloqqer bunu bəyənir: