Now Reading:
Seymur Həziyə beynəlxalq mükafat verildi; “Biz hazırkı dünyada günahkarıq, çünki…” VİDEO
Full Article 2 minutes read

Seymur Həziyə beynəlxalq mükafat verildi; “Biz hazırkı dünyada günahkarıq, çünki…” VİDEO



Gürcüstanın paytaxtı Tbilisidə Norveçin “Fritt Ord” beynəlxalq söz azadlığı təşkilatı “Free Media” mükafarını təqdim edib. Bu mükafata layiq görülənlərdən biri də “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” teleproqramının əməkdaşı, AXCP sədrinin müavini Seymur Həzidir.

Seymur Həzinin mükafatını onun adından anası Qızqala Həziyeva və həyat yoldaşı Nigar Həzi qəbul edib. Mərasimdə Seymur Həzinin məktubu oxunub. Məktubda deyilir:

“Dəyərli dostlar! Biz tarix qarşısında tarix üçün nəsə etmirik. Bizim tək hakimimiz vicdan, tək suçumuz azadlığa can atmaq, onu başqalarına da daddırmaqdır. Biz hazırkı dünyada günahkarıq. Çünki biz həqiqətin yayılmasını istəyirik, həqiqət isə çoxları üçün ölüm gətirə bilər. Əgər İsa bu gün zühur edib, yenidən desəydi ki, qoy, ilk daşı aranızdan günahı olmayan biri atsın, onda “azad” sözü daş-qalaq edənlərin dünyasına sükut çökərdi. Onlar İsaya da nifrət edərdilər. Onlara sözün yaratmaq gücündən danışsaydıq və Məhəmmədin “Quran”ından “Allah bir şeyi yaratmaq istəyəndə “Ol!” deyər, o da olar” dəlilini gətirsəydik, onlar bunu da inkar edərdilər. Çünki qaranlıqda yaşayan üçün günəş nədirsə, yalan üzərində hakimiyyət quranlar üçün də Azad Söz odur.

Bu fikirlərin səslənməsinə verdiyiniz imkana görə sizə dərin təşəkkürümü bildirir, hər birinizi ürəkdən salamlayıram. Sizin hər birinizdən Əliyevçi rejimin boğmaqda olduğu “Azadlıq” qəzetinə dəstək verməyinizi xahiş edirəm. Qalib gələcəyimizə inamla uğurlar arzulayıram.

Seymur Həzi
Azərbaycan, 17-ci zindan”.

Seymur Həziyə mükafat verilməsi xəbəri “Azərbaycan saatı” proqramının 27 noyabrda yayımlanacaq verilişinə də daxil edilib. Həmin süjeti təqdim edirik:

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: