Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Sevimli dad” rüsvayçılığı loqosuna çevirir – FOTOFAKT

“Sevimli dad” şirkətinə məxsus uşaq sosiskalarının üzərindəki biabırçı reklam şəkli hələ də yığışdırılmayıb.

Vizual.az-ın əməkdaşı paytaxtdakı supermarketlərin birində bu faktın şahidi olub və lentə alıb.

Müxbirimiz xəbər verir ki, sosiska məhsullarının üzqabığında oğlan uşağının penisi yerinə sosiska qoyulub. Onun yanındakı iki körpə isə sosiskaya heyranlıqla baxır.

Bu fakt bir müddət əvvəl də mətbuatda ictimailəşmişdi, sosial şəbəkələrdə müzakirələr başlanmışdı. Şirkətin bu rüsvayçı reklamına etiraz olunub. Uşaq sosiskalarının üzərinə reklam üçün belə bir eybəcər şəklin qoyulması pislənilib.

Amma şirkət heç də tənqidlərdən nəticə çıxarmayıb və bu qeyri-etik foto “Detskiye” adlı uşaq sosikalarının üzərindən götürülməyib. “Detskiye” kolbasalarında intim xarakterli şəkil barədə mətbuatda gedən informasiyaları o zaman şərh edən şirkətin mətbuat xidməti rəhbəri Azad Rzayeva demişdi ki, məsələ həllini tapıb, kolbasaların üzlüklərində şəkillər də dəyişilib. Cizgi qəhrəmanları qalıb, amma yeni motivlə üzlüklər hazırlanıb. Ancaq fakt heç bir dəyişiklik olmayıb.

“Sevimli-dad” firmasının bu fotoya verdiyi izah da məlum deyil. Hər halda oğlan uşağının cindiyyət orqanı yerinə sosiska fotosu yerləşdirmək və ətrafında qız uşaqlarını təsvir etməyin ayrı bir mənasız yoxdur.

İstənilən halda şirkət daha uğurlu bir reklam xseçə bilərdi. Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da açıqlamasında həmin fotonun yığışdırılmasını tələb etmişdi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Sabah 29 dərəcə isti gözlənilir

%d bloqqer bunu bəyənir: