Now Reading:
Sevgilisini öldürən gənc özünü asdı
Full Article 30 second read

Sevgilisini öldürən gənc özünü asdı



Moskva vilayətindəki mənzillərdən birində 25 yaşlı qızın və onun gənc sevgilisinin meyitləri tapılıb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, qonşuların sözlərinə görə, gənclər hadisədən bir neçə saat əvvəl güclü mübahisə ediblər.

Cavan kişi qızı ona sədaqətli olmamaqda ittiham edib, üstündən bir neçə saat keçəndən sonra 25 yaşlı xanım sinəsindən bıçaqlanıb. Bundan sonra oğlan özünü qızdan bir neçə addım aralıda kəndirlə asıb.

Mənzilə baxışdan sonra müəyyən edilib ki, 23 yaşlı gənc oğlan sevgilisini öldürüb və öz həyatına da qəsd edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: