Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Sevdikləriniz yanınızdadırsa…”

O, kasıb bir insan idi. Daş yonur, qaya çapırdı. İşi çox ağırdı, amma çox az aylıq alırdı. Bu səbəbdən də həyatından

 Bu səbəbdən də həyatından heç məmnun deyildi. “Mən başqalarından daha çox çalışıram”, – deyə düşünürdü. “Mənim işim onların işindən ağırdı, amma mən onlardan daha az qazanıram. Zəngin olmaq istəyirəm. Gəzmək, istirahət eymək istəyirəm, gözəl paltarlarım olsun istəyirəm…”. O anda göydən bir mələk endi. Ona “zəngin olacaqsan, gözəl paltarların olacaq”, – dedi. Daşcı dərhal zəngin oldu. Artıq onun da gözəl paltarları vardı və bir iş görmək məcburiyyətində də deyildi. Günlərin birində kral onu sarayına dəvət etdi. O, sarayın gözəlliyinə heyran qaldı. Kral ondan daha zəngin idi. Bu səbəbdən üzüldü və “mən də kral olmaq istəyirəm” dedi. Göydən bir mələk gəldi və onu kral etdi.
Çox isti bir gün idi…Günəş şüalarını saçırdı, yer üzü yanırdı. Kral əsəbiləşdi, günəş ondan necə güclü ola bilərdi
axı…Həyatı yenə sevməz olmuşdu. “Günəş olmaq istəyirəm” dedi. Mələk onu bu dəfə də günəş etdi. Günəş şüalarını saçır və dünyada hər şey yanırdı. Amma bir bulud gəldi…Dünya ilə onun arasına girdi. Günəşin şüaları artıq dünyaya çatmırdı. Günəş hirsləndi, “buluda heç bir şey edə bilmirəm. Dərhal ondan daha qüvvətli olmaq istəyirəm”, – deyincə mələk onu bu dəfə də bulud etdi. Bulud yağışa çevrildi, yağışlar
torpağa, oradan çaylara çatdı. Çayların suyu çoxaldıqca, çoxaldı. Evləri, tarlaları sellər basdı. İnsanlar, heyvanlar,
tarlalar pərişan oldular. Amma sular qayalara heç bir şey edə bilmirdi. Bulud qəzəbləndi: “Bu qədər çox su necə də
olur da qayaları aşa bilmir?” Amma qayalar sulardan daha güclü idi. Bulud bağırdı: “Qaya olmaq istəyirəm!” Mələk
dərhal gəldi və onu qaya etdi. Artıq günəşdən və buluddan daha güclü idi. Aradan çox zaman keçmədi. Əlində çəkiclə bir adam gəldi və ondan parçalar qoparmağa başladı. “Bu da nədir”, – qaya dedi, “mən bu adamdan zəifəm!” Sonra birdən qüvvətin qaynağının xoşbəxtlik olduğunu anladı və peşmanlıqla hayqırdı: “İnsan olmaq istəyirəm!” Mələk onun bu dilədiyini də yerinə yetirdi. Qaya insana çevrildi. O yenə də qayalardan daşları qoparmağa davam etdi. İşi ağır və qazancı az idi, amma həyatı sevirdi və xoşbəxt idi.
Həyatınızın qədrini bilin!
Hər saniyənin, hər dəqiqənin, hər anın dəyərini bilərək yaşamalıyıq…
Hər zaman Allaha şükr edərək! Nədənmi?
Unutmayın, dünya gerçəklərinə görə:
– Soyuducunuzda yeməyiniz, geyməyə paltarınız və qalacağınız bir eviniz varsa, dünyadakı insanların 75%- dən
daha zənginsiniz.
– Əgər bu səhər sağlam oyandınızsa, bir həftə sonrasını görməyəcək bir milyon insandan daha bəxtəvərsiniz.
– Bir müharibə təhlükəsi, işgəncə görmək ehtimalı və ya ac qalma qorxusu ilə qarşı-qarşıya deyilsinizsə, demək ki
dünyadakı 500 milyon insandan daha yaxşı durumdasınız.
– Bankda, evinizdə və ya pulqabınızda bir miqdar pulunuz varsa, dünyanın ən imtiyazlı 80% arasındasınız.
Üstəlik, canınız sağlamdırsa və sevdikləriniz yanınızdadırsa o zaman siz bu dünyadakı “mutlu” insanlardan birisi-
niz! Dəyərini bilməli və bunun üçün hər zaman şükr etməliyik!
Qənirə Paşayeva, millət vəkili

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Qiyas İbrahimovun işi məhkəmədə

%d bloqqer bunu bəyənir: