Now Reading:
Sergey Şoyqu axtarışa verildi – UKRAYNADA
Full Article 30 second read

Sergey Şoyqu axtarışa verildi – UKRAYNADA



Ukrayna baş prokurorluğu Rusiya müdafiə naziri Sergey Şoyqu və bir neçə rusiyalı yüksək vəzifəli şəxs barəsində axtarış elan edib. Bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko “112 Ukrayna” kanalına müsahibəsində deyib.

O bildirib ki, hazırda həmin şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət hazırlanır. Baş prokurorun sözlərinə görə, Şoyqu və digər 17 vəzifəli şəxs dövlət çevrilişinə, terror təşkilatı yaratmağa cəhd, müharibə təbliğatı, müharibəyə hazırlıq və digər cinayətlərdə təqsirli bilinir.

Y.Lutsenko qeyd edib ki, bununla bağlı bildiriş həmin şəxslərə 10-15 avqust tarixlərində göndərilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: