Advertisements
24 saat

Serbiyanın “İpək Yolu”nda rolu


Serbiya Pekinin Avropa, Asiya və Afrikayla ticarəti artırmağı hədəfləyən yeni “İpək Yolu”yla bağlı planında vacib rol oynaya bilər. Bunu Çin Prezidenti Xi Jinping iyunun 19-da deyib.

Serbiyada səfərdə olan Xi-nin sözlərincə, Çin Belqradla əməkdaşlığı gücləndirməyə hazırdır.

Xi üç günlük səfərinin sonunda Zelezara Smederevo polad zavodunda olub. Bu zavodu bu yaxınlarda Çinin polad nəhəngi alıb.

Çinin yeni “İpək Yolu” layihəsi Çinin Qərbindən Orta Asiya, oradan da Balkanların ərazisindən Avropayadək uzanan marşrutu nəzərdə tutur.

Çin 2009-cu ildən Serbiyaya 1 milyard dollardan artıq vəsait qoyub, enerji infrastruktur və digər layihələrə yatırım edib.

Xi Serbiyadan sonra Avropa Birliyi üzvü olan Polşaya gedəcək, səfərinin sonunda isə Özbəkistana baş çəkəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: