Advertisements
24 saat

Serbiya Rusiyaya sanksiya təklifini rədd etdi


Serbiya prezidenti Tomislav Nikoliç ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı bildirib ki, hətta Aİ-nin ümumi xarici siyasəti tələb etsə belə, ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

“Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilmərik. Biz Rusiyaya da, ABŞ-a da bağlıyıq, bu ölkələrdə çoxsaylı serb icması yaşayır”, – deyə Nikoliç bildirib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cozef Bayden avqustun 15-dən 17-dək Serbiya və qondarma Kosovo respublikasında səfərdədir. Məlumata görə, Bayden-Nikoliç görüşü qapalı şəraitdə keçirilib. Mətbuat xidmətinin məlumatına əsasən, Bayden Vaşinqtonun Belqradın ABŞ və Rusiya arasında seçim edəcəyini gözləmədiyini və Serbiyanı avrointeqrasiya yolunda dəstəklədiyini bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: