Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sentyabrın 3-də dollar 2,02 manat olacaq

Hökumət üzən məzənnədən imtina edib, yenidən kəskin devalvasiyaya hazırlaşır. Hətta devalvasiyanın tarixi də bəllidir – 3 sentyabr. Bu barədə istiqlal.az-a bank sektorundakı mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, dollar satışı demək olar ki, dayandırılıb, qara bazar canlanıb: “Banklar devalvasiyaya hazırlıq məqsədi ilə rəsmi dollar satışını minimuma endirib xarici valyutanı qara bazara çıxarıb. Qara bazar bankların tam nəzarətindədir”.

Hazırda 1 dollar 1.62 manatdır. 25 faizlik devalvasiya olacaqsa, dolların məzənnəsi 2,02 manat olacaq.

Hazırda yanvarla müqayisədə ölkəyə idxal da artmaqdadır. Dövlət Gömrük Komitəsinin xəbərinə görə, yanvar-iyulda ixrac illik 49,42% azalaraq 2 349 778,42 min dollar, idxal 14,2% azalaraq 1 336 857,86 min dollar olub. Mənfi saldo 1 milyard dollara yaxındır. Bu isə kəskin devalvasiyanı qaçılmaz edir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Arzu edərdim ki, məhsullarımızın hər yerdə, o cümlədən Ermənistanda satılsın”

%d bloqqer bunu bəyənir: