Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Semaşko”nun baş həkimi səhəttinə görə istefa verdi

24saat.org-un Modern.az-a istinadən xəbərinə görə, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) baş həkimi Sabit Hüseynzadə deyib. O qeyd edib ki, öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazıb. “İşimdə heç bir problem olmayıb. Ümumiyyətlə işlədiyim bir il müddətində məndən narazılıq, mənə qarşı irad olmayıb. Sadəcə səhhətimlə əlaqədar və rahat həkim fəaliyyətimə davam etmək üçün işdən ərizə yazdım”.

S.Hüseynzadə bundan sonra 1 saylı Klinik Tibbi mərkəzdə həkim olaraq fəaliyyətinə davam edəcəyini bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sabit Hüseynzadə öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazıb. “Tibbi Mərkəzin baş həkimi vəzifəsi müvəqqəti olaraq II cərrahiyyə şöbəsinin müdiri Ədalət Dadaşova tapşırılıb. Savadlı həkimdir, elmlər doktorudur”.

Qeyd edək ki, S.Hüseynzadə baş həkim vəzifəsinə ötən ilin sentyabr ayında təyin olunmuşdu.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sabah Bakıda 23 dərəcə isti olacaq

%d bloqqer bunu bəyənir: